İlin yekunları – Fan klubumuzun seçdikləri

Paylaş:

Hər il olduğu kimi bu ildə, Mançester Yunayted Azərbaycan fan klubu olaraq ilin yekunlarına dair azarkeşlər arasında sorğu keçirdik. 

7F74D505DBBC4C138DD6E29CE68717F4

Artıq 4-cü ildir ki, fan klub üzvləri bu sorğuda iştirak edir. Sorğuda tərtib olunan 11 nominasiya, 01.01.2015-ci il tarixindən 31.12.2015-ci il tarixinə dək olan müddətə aid nəticələr əsasında seçilib.

Sorğuda 42 nəfər iştirak edib. 42 nəfər yalnız 2 nominasiyada bir nəfər kimi tək şəxsə səs veriblər. Belə ki, həm De Hea İlin Qapıçısı nominasiyasında, həm Kris Smollinq İlin Müdafiəçisi nominasiyasında 42 səs toplayıblar.

Bu il 3 nominasiyada qalib gələn De Hea, 4-cü dəfə İlin Qapıçısı seçilib. Həmçinin İspan qapıçı 2-ci dəfə İlin Oyunçusu seçilib.

Buyurub bütün nəticələr ilə tanış ola bilərsiz:

İlin ən yaxşı gənc oyunçusu: Cesse Linqard  (18 səs)
İlin adamı: De Hea (24 səs)
İlin ən uğurlu transferi: Antoni Marsial (38 səs)
İlin itkisi: Lyuk Şounun zədələnməsi (27 səs)
İlin oyunu: “Mançester Yunayted” 4 -2 “Mançester Siti” (19 səs)
İlin qolu: Matanın “Liverpul”a vurduğu akrobatik qol (29 səs)
İlin müdafiəçisi:Kris Smollinq (42 səs)
İlin yarımmüdafiəçisi:Xuan Mata (22 səs)
İlin hücumçusu:Antoni Marsial (31 səs)
İlin qapıçısı:David De Hea (42 səs)
İlin oyunçusu:David De Hea (32 səs)

0 comments