Moyes: “Liverpul matçı bitdikdən sonra diqqətimizi sabahkı oyuna yönləndirmişik”

Paylaş:

Bugün Devid Moyes sabahkı Çempionlar Liqası matçı qabağı press konfrans verdi.

Devid Moyes Olimpiakos oyunu qabağı press konfrans verib

Press konfransda Devid Moyes ilk öncə jurnalistlərin “Liverpul”a məğlubiyyətlə bağlı suallarını cavablayıb:

Çətin oyun idi, məğlubiyyətdən sonra hər birimiz çox məyus olduq. Ancaq başa düşürük ki, qarşımızda digər önəmli oyunlar da var. “Liverpul”la matç bitdikdən sonra bütün diqqətimizi “Olimpiyakos”la oynayacağımız matça yönləndirdik.

Boss həmçinin komanda haqqında da məlumat verib:

Oyunçular heçnəyə baxmayaraq məşqlərdə özlərini inkişaf etdirməyə davam edirlər. Qarşıdakı matçda Kaqavanın iştirakı gözləniləndir.

Devid Moyes həm də azarkeşlərin komandaya böyük dəstəyi haqqında rəy bildirib:

Azarkeşlərin Old Traffordda komandamıza dəstəyi hər zaman fantastikdir. Mən oyunçularıma bildirirəm ki, biz azarkeşlərimizin bu böyük dəstəyinin qarşılığını verməliyik. Biz əlimizdən gələn hər şeyi edib sabahkı gecəni azarkeşlərimiz üçün unudulmaz etməliyik və komandamızı növbəti mərhələyə keçirməliyik. Biz bunun üçün hər şeyi edəcəyik.

Bu klub çox böyük klubdur, hətta mənim üçün dünyanın ən böyük klubudur. Azarkeşlərimiz daim bu klubun uğurlarını gözləyirlər. Bu sezon liqa oyunlarımızda məblubiyyətlə üzləşsək də, oyunumuz alınmasa da mən əminəm ki “Yunayted” çox tezliklə öz uğurlarına geri dönəcək.

Daha sonra Devid Moyeslə birliklə press konfransda iştirak edən Patris Evra sabahkı oyun və azarkeşlərin dəstəyi haqqında fikirlərini bildirib:

Bu sezon hər birimiz üçün çətin keçməkdədir. Qələbəyə öyrəşdiyimiz oyunlarda məğlubiyyətlə üzləşdik. Ancaq komandadakı hər kəs bu klub üçün çalışır, hər kəs bu klubu çox sevir. Biz bilirik ki, “Olimpiyakos”a qarşı ilk oyunda biz yaxşı təsir bağışlamadıq, ancaq biz bunu sabah bərpa etməyə çalışacayıq. Mən Tanrı deyiləm ki, bizim sabah növbəti mərhələyə keçəcəyimizi deyə bilim amma mən sizlərə söz verirəm ki sabah hər birimiz meydanda geyindiyimiz bu böyük klubun formasına hörmətlə vuruşacayıq. Biz istəyirik ki hər bir azarkeşimiz oyundan sonra bizimlə qürur duysun.

Evra hazırkı sezon haqqında da jurnalistlərin ünvanladığı sualları cavablandırıb:

Bu sezon bizim üçün yeni bir qarşıdurmadır, özümü sübut eləmək üçün yeni bir çağırışdır. Komandamız adətən bu cür situasiyalarla üzləşməyib, biz hər zaman çempionluq üçün oynamışıq. Ancaq indiki vəziyyət sadəcə müvəqqəti çətin günlərimizdi. Meydana çıxan “Mançester Yunayted” formasını geyinən hər bir oyunçu yaxşı başa düşür ki hər sezon onun üzərində çox böyük məsuliyyət var, çox böyük təzyiq var. Ola bilər hazırki sezon əvvəlkilərdən daha çətindi bizlər üçün, ancaq biz yenə də özümüzə əminik, sabahkı oyunda da bunu göstərmək istəyirik. Bazar günü olan matç artıq keçmişdədir, biz indi bütün diqqətimizi sabahkı oyuna vermişik. Önəmli olan da budur.

Jurnalistlərin sezon sonunda Evranın klubu tərk edəcəyi və İtaliyanın “İnter” klubuna transfer olacağı ilə bağlı gəzən söz-söhbətlərə futbolçu bu cür cavab verib:

Mən düşünürəm ki mənim gələcək kariyeram haqqında danışmaq üçün düzgün gün deyil, hazırda hər birimiz üçün önəmli olan “Mançester Yunayted”in gələcəyidir. Mən bu formasını əynimə geyinəndə gələcəkdə klubdan getməyimdən və ya qalmağımda asılı olmayaraq klub üçün hər şeyi etməyə hazıram. Hazırda ən əsas olan odur ki, yaxşı performans göstərə bilim və komandamız növbəti mərhələyə keçsin.

Mənbə: manutd.com

0 comments