“Yunayted” və dünya futbolu tarixinə qanlı hərflərlə yazılmış – 06.02.1958

Paylaş:

BCWjbp3CMAAyDYl.jpg-large1958-ci ilin Fevral ayının 6-sı . “609 saylı reyslə uçan, “Mançester Yunayted” təyarəsi, “Münhen”də deponu doldurmaq üçün eniş edir. Yanacaq doldurulduqdan sonra təyyarə uçuşa hazır olur. Kapitan Teyn, tərəddüd içində olsada, dispetçerdən aldıqı icazə əsasında uçuşu gərçəklşdirməyə çalışdı. 2 dəfə edilən cəhddən sonra, təyyarə qalxmadı. Sərnişinlər aeroportun istirahət zalına keçdilər. Elə bu anda şiddətli qar yağmaqa başladı. Bir çox sərnişinlər artıq uçuşun təxirə salınacağını düşünürdü. Hətta Edvards Dunkan, öz teleqrafında bunu bildirmişdi: “Bütün uçuşlar ləğv edilib, sabah geri qayıdacayq – E.Dunkan”.

Kapitan Teyn, stansiya mühəndisinə sol mühərrikdə problem olduğBusby_babes_1955unu bildirdi. Billi Blek, mühərrikin təmiri üçün sabaha qədər gözləməli olduqlarını dedi. Lakin Teyn qrafikdən kənara çıxmaq istəmirdi. Blek uçuş-enmə zolağının qısa olduqunuda bildirdikdə, Teyn bunu problem etmədi, çünki 2 km olan zolaq, uçuş üçün kifayət edirdi.

15 dəqiqədən sonra, yoxlanışlar tamamlandıqdan sonra, sərnişinlər geri qayıtdılar. Hətta, uçuş təcrübəsi olmayan, Liam Uilyan bildirdiki, “Qarşımızda ölümdə olsa, mən buna hazıram”. Dunkan Edvardsda daxil olmaqla Tommi Teylor, Consi, Eddi Kolman və Frenk Svift yerlərini dəyişərək təyyarənin quyruq tərəfinə keçdilər. Onlar güman edirdilər ki, ora daha təhlükəsizdir. Bütün sərnişinlər təyyarəyə qayıtdıqdan sonra, Kapitanlar Teyn və Münhen faciəsiReyment uçuşun 3-cü cəhdinə təşəbbüs etdilər. 14:56-da təyyarə uçuş-enmə zolağı üzrə hərəkətə başlamağa hazır olur. 14:59-da təyyarə gözləmə məntəqəsindən icazə alındı. 15:02-də ekipaj cihazların son yoxlamasından sonra mesaj daxil olduki, uçuşa icazə 15:04-də daxil olacaq. Qısa müzakirələrdən sonra pilotlar uçuşu həyata keçirməyə hazır olduqları, amma mühərrikdə olan problemlərə görə tərəddüd içində idilər. Onlar cihazlara diqqətnən nəzər yetirdikdən sonra dispetçer qülləsi ilə əlaqə saxladılar.

Kapitan Reyment drosseli yavaş-yavaş açırdı və əyləcləri buraxdı. Təyarə sürət yığmağa başladı və bortrabitəçi Bil Rodcers dispetçer qülləsinə bildirdi. Teyn sürətin artırılmasını dedi. 85 düyn sürəti keçdikdən sonra yenidən sol mühərrikdə problemlər yarandığı hiss olundu. Teyn, mühərrikin drosselini minimum dartdı, sonra onu ehtiyatla irəli çəkdi. Təyarə 217 km/saat sürət yığdı, Teyn “V1” sürətinin əldə edildiyini bildirdi, hansı ki, bundan sonra uçuşun ləğvi təhlükəli olur. Kapitan Reymont isə uçuş üçün minimum lazım olan (220 km/saat) “V2” sürətinin əldə edildiyi elanını gözlətirdi. Ancaq, Teyn sürət göstəricilərinə baxdı və bildirdiki, sürət 217 km/saat-dan yuxarı qalxmaqda çətinlik çəkir. Bu anda artıq təyarə uçuş zolağının son 1/3-nə daxil olmuşdu ki, 2 düym-ə qədər olan qar örtüyü təyarənin sürətini 207 km/saat-a qədər qəflətən endirdi. Aeroportun aerodrom xidmətləri “Münhen zolağı”nı qardan təmizləməmişdi. Daha sonra sürət 194 km/saata düşdü. Reymont qışqırdı: “Allahım, biz bacarmayacağıq!”

Təyyarə uçuş-enmə zolağının sonunu sürətlə keçdi, uçuş üçün cəhd eləsələrdə idarəni itirdilər. Təyyarə aeroportun hasarını deşərək, orda olan 1 evə daxil oldu. Hansı ki, orda yaşayan ailədə, ortancıl və böyük qız o anda evdə deyildi. Lakin evdə ana və 3 uşaq son anda çölə çıxaraq ölümdən canlarını xilas elədilər. Təyyarənin zərbədən sol qanadı və quyruğu qopdu. Pilotlar kabinasının sol hissəsi ağaca girdi. Sağ bortla təyyarə taxta anqara girdi.
Aerotportun rəhbərliyi əvvəlcə Kapitan Teyni günahlandırdı ki, qanadların qardan silinməsini həyata keçirməyib. Lakin şahidlər bunu inkar edirdi. Sonradan düz 10 ildən sonra Teyn bəraət qazanmışdı. Qəzanın səbəbi isə “uçuş zolağının Münhen aeroportu tərəfindən qardan təmizlənməməsi” oldu.

planecrashMEN_468x325

 

Həlak olanlar

Ekipajın üzvləri:
• Kapitan Kenneti “Ken” Reyment – ikinci pilot (qəzada sağ qaldı, amma beyin travması nəticəsində üç həftə sonra xəstəxanada vəfat etdi)
• Tom Keybl – bort baxıcısı

Sərnişinlər
MunichMemorialPlaqueeditJM“Mançester Yunayted”in futbolçuları
• Ceff Bent
• Rocer Bern
• Eddi Kolman
• Dunkan Edvards (qəzada sağ qaldı, amma 15 gün sonra xəstəxanada vəfat etdi)
• Mark Cons
• Devid Peqq
• Tommi Teylor
• Liam “Billi” Uilan

“Mançester Yunayted” məşqçi heyyəti
• Uolter Krikmer – klub katibi
• Tom Karri – məşqçi
• Berta Uolli – məşqçi

Jurnalistlər
• Alf Klark – Manchester Evening Chronicle
• Donni Deyvis – Manchester Guardian
• Corc Follouz – Daily Herald
• Tom Cekson – Manchester Evening News
• Arçi Ledbruk – Daily Mirror
• Henri Rouz – Daily Express
• Frenk Svift – News of the World (İngiltərə yığmasının keçmiş oyunçusu və “Mançester Siti”nin qapıçısı; xəstəxanaya aparılarkən vəfat etdi)
• Erik Tompson – Daily Mail

Digər sərnişinlər
• Bel Mikloş – turizm agenti
• Villi Satinoff – azarkeş, cıdır meydanınin sahibi, həmçinin Met Basbinin yaxın dostu.

Sağ qalanlar

Ekipajın üzvləri
• Marqaret Bellis – stüardessa (1998-ci ildə vəfat etdi)
• Rozmari Çeverton – stüardessa
• Corc Uilyam “Bil” Rocers – bortrabitəçi (1997-ci ildə vəfat etdi)
• Kapitan Ceyms Teyn – pilot (1975-ci ildə vəfat etdi)

Sərnişinlər
“Mançester Yunayted” oyunçuları
• Coni Berri (daha futbol oynamadı – 1994-cü ildə vəfat etdi)
• Cek Blançflauer (daha futbol oynamadı – 1998-ci ildə vəfat etdi)
• Bobbi Çarlton
• Bil Foulks
• Harri Qreqq
• Kenni Morqans (2012-ci ildə vəfat etdi)
• Albert Skenlon (2009-cu ildə vəfat etdi)
• Dennis Vayollet (1999-cu ildə vəfat etdi)
• Rey Vud (2002-ci ildə vəfat etdi)

“Mançester Yunayted” məşqçi heyyəti
• Mett Basbi – baş məşqçi (1994-cü ildə vəfat etdi)

Jurnalistlər və fotoqraflar
• Ted Elliard – Daily Mail teleqrafçı (1964-cü ildə vəfat etdi)
• Piter Hovard – Daily Mail fotoqrafı (1996-cı ildə vəfat etdi)
• Frenk Teylor – News Chronicle müxbiri (2002-ci ildə vəfat etdi)

Digər sərnişinlər
• Vera Lukic  və onun kiçik qızı Vesna. “Yunayted”in oyunçusu Harri Qreqq onları xilas etdi. Vera Lukic qəza vaxtı hamilə idi, amma zərər çəkmədi və qadının oğlu dünyaya gəldi, Zoran.
• Xanım Eleanor Mikloş – Bela Mikloşun yoldaşı
• Neboyşa Bato Tomaşeviç – Yuqoslaviya diplomatı

 

Faciəni əks etdirən qısa film. 

 

0 comments