Tahit Çonq “Yunayted”ə keçir?

Tahit Çonq
Paylaş:

Hollandiyanın Voetbal International saytının verdiyi məlumata görə “Feyenoord”un 16 yaşlı yarımmüdafiəçisi Tahit Çonq “Mançester Yunayted”ə transfer olunacaq.

Çonq “Feyenoord”un yetirməsi hesab olunur, hansı ki, 2009-cu ildən klubun akademiyasındadır. Gənc vinger Hollandiya təmsilçisinin və yığmasının 17 yaşlılara qədər olan komandasında çıxış edir.

Tahit “Feyenoord” klubunun ən istedadlı futbolçularından hesab olunur və ona, həmçinin, “Mançester Siti” və “Arsenal” da maraq salmışdı.

Artıq əksər Hollandiya mütəxəssisləri və jurnalistləri təsdiqləyiblər ki, Çonq “Yunayted”in futbolçusu olacaq.


Mənbə: Voetbal International

0 comments