“Valensiya” Qari Nevilli istefaya göndərdi

Qari Nevill
Paylaş:

Əfsanəvi “Klass-92″nin məzunlarından və “Mançester Yunayted”in kapitanı olmuş Qari Nevill “Valensiya” klubunun baş məşqçi vəzifəsindən istefaya göndərilib.

“Yarasalar”ın rəhbərliyi Nevillin başçılığı altında oynanılan 16 oyunda qazanılan 3 qələbədən sonra bu qərarı verib. “Selta”ya 2-0 hesabı ilə məğlub olmaqla ardıcıl üçüncü uduzduğu oyun oldu və komandası 14-cü pilləyə düşərək, düşmə zonasından altı xallıq fərqə çatmışdı.

İspanların rəsmi saytında yayılan bəyanatda deyilir: “Mövcud vəziyyət diqqətlə araşdırıldıqdan sonra klub baş məşqçi dəyişikliyinə qərar verdi. Biz Qariyə klubumuzdakı işinə görə minnətdarlığımızı bildiririk və ona gələcəkdə hər şeyin ən yaxşısını arzulayırıq!”.

Hələlik Fil Nevillin “Valensiya”da qalacağı bilinmir, hansı ki, qardaşının köməkçisi işləyirdi.


Mənbə: Sky Sports

0 comments